Ukraynanın nüfuzlu www.lb.ua saytında “Klimkin Ukraynanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə sadiqliyini təsdiqlədi” sərlövhəli informasiya dərc edilib. İnformasiyada istinad edilməklə Ukraynanın xarici işlər naziri Pavlo Klimkinin Azərbaycana rəsmi səfəri zamanı Xarici İşlər Nazirliyində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər yer alıb.
Saytda Ukrayna xarici işlər nazirinin brifinqdə səsləndirdiyi “Azərbaycanın ərazisi işğal edilib” fikri xüsusilə vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB