Fransada mühacirlərin vətəndaşlıq haqları əllərindən alına biləcək

Fransada mühacirlərin vətəndaşlıq haqları əllərindən alına biləcək

Fransada mühacirlərin deportasiyasını asanlaşdıracaq yeni qanun layihəsi müzakirə edilir. SİA-nın məlumatına görə, qanun layihəsi qəbul edilərsə, mühacirlərin vətəndaşlıq haqları əllərindən alına biləcək.

Mühacirlərə qarşı mövqeyi hər zaman mübahisə yaradan Fransa hökuməti bu qanunun qəbulunun vacib olduğunu bəyan edir. Müxalifət isə layihənin hökumətin gündəliyi dəyişdirmə təşəbbüsünün bir parçası olduğunu bildirir.

Layihəyə görə, Fransanın sosial sisteminə yük gətirən, dövlət düzənini pozan xaricilər deportasiya edilə biləcək. Fransada 3 aydan artıq qalan Avropa Birliyi vətəndaşları da sərbəst dolaşma haqlarının olmasına baxmayaraq ölkədən çıxarılacaq.

Layihənin ən çox mübahisə doğuran maddəsi ilə təhlükəsizlik qüvvələri əmnəkdaşlarının həyatına qəsd edən mühacirlərin vətəndaşlıq haqlarının geri alınması ilə bağlıdır. Bu maddə 10 ildən az müddətdə Fransa vətəndaşı olanlara münasibətdə ayrı-seçkilik olaraq dəyərləndirilir.

Müxalifət bu qanunun xalqı "gerçək" və "ikinci sinif" fransızlara ayırdığını iddia edir. Ölkədəki bu siyasətin əcnəbi düşmənçiliyinə, hətta irqçiliyə çevrilməsindən narahatlıq duyulur.

Bütün xəbərlər Facebook səhifəmizdə