Dövlət Neft Fondunun 2010-cu il büdcəsində dəyişikliklər edilib
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Neft Fondunun 2010-cu il büdcəsində dəyişikliklər edilməsi barədə fərman imzalayıb. SİA-nın məlumatına görə, Fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə"yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"nın 5.4.1-ci və 5.4.2-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktorunun vəsatətini və Müşahidə Şurasının rəyini nəzərə alaraq, "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2010-cu il büdcəsinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 204 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 992; Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyul tarixli 307 nömrəli Fərmanı) 3-cü bəndində verilmiş cədvəlin 1-ci sırasında "80 000,0" rəqəmləri "105 000,0" rəqəmləri ilə, 4-cü sırasında "110 000,0" rəqəmləri "131 000,0 " rəqəmləri ilə, 5-ci sırasında "80 000,0" rəqəmləri "34 000,0" rəqəmləri ilə əvəz edilib.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoruna bu fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB