Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulub. SİA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası"na qoşulmaq barədə" məsələ müzakirəyə çıxarılıb.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli konvensiyaya qoşulmağın vacibliyini vurğulayıb.
O qeyd edib ki, Azərbaycanın beynəlxalq müqavilələr imzalaması baxımından bu konvensiyaya qoşulmaq vacib əhəmiyyət daşıyır.
Daha sonra məsələ səsə qoyulub və qəbul olunub.
İclasın davamında "Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair İqtisadi Əməkdaşlıq Təşkilatının məlumat bazasının yaradılması və fəaliyyəti barədə", "Azərbaycan Respublikası Hökuməti ilə Laos Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə Kosta Rika Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" Sazişlər təsdiqlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB