“Avropa Şurasının rəhbəri Yaqland təşkilatın statusundan istifadə edərək Azərbaycan qarşı kampaniya aparır. O, artıq öz səlahiyyətlərinin çərçivəsini aşır”. SİA-nın xəbərinə görə, bunu deputat Aydın Mirzəzadə parlamentin payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, Azərbaycan Avropa Şurasına öz dəyərlərinə söykənərək şüurlu şəkildə qəbul olunub: “Lakin Avropa Şurasının baş katibi Yaqland Azərbaycanla təşkilat arasında soyuqluq yaratmağa, körpüləri yandırmağa çalışır. Onun hərəkətləri Avropa Şurasının nüfuzuna xələlə gətirir”.
Mirzəzadə qeyd edib ki, AŞPA və Avropa Şurası Nazirlər Kabineti bu məsələyə qiymət verməlidir: “Heç kim heç bir halda Azərbaycan qarşı kurator vəzifəsini yerinə yetirə bilməz. Azərbaycandan beynəlxal hüquq normalarına, ölkə Konstitusiyaya zidd həhərəkət tələb etmək beynəlxalq diplomatik etikanı pozmaq deməkdir. Yaqland bilməlidir ki, Azərbaycan qarşı qeyri-qanunu addımlar atmaqla heç nə əldə etməyəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB