Oqtay Əsədov: "Milli Məclisin ötən sessiyadakı fəaliyyəti uğurla başa çatıb"

Milli Məclisin Payız sessiyasının ilk plenar iclası öz işini davam etdirir. SİA-nın xəbərinə görə, iclasda ilk olaraq Azərbaycan Dövlət Himni səsləndirilib.

Daha sonra çıxış edən spiker Oqtay Əsədov deputatları salamlayaraq onlara qanunvericilik fəaliyyətlərində uğurlar arzu edib: “Ötən sessiyadakı fəaliyyətimiz uğurla başa çatıb. Dövlət başçısının uzaqgörən siyasətinin Milli Məclis tərəfindən dəstəklənməsi üçün lazımi işlər görülb. Ötən müddət ərzində beynəlxalq əlaqələr inkşaf edib. Milli Məclisin xətti ilə Bakıda 4 beynəlxalq təşkilatın tədbiri keçirilib”.

Milli Məclisin payız sessiyasının qanunvericilik planı işlər hazırlandığını deyən spiker söyləyib ki, plan komitələrdə iclas olunub: "Payız sessiyasında zəruri faktlar qəbul olunmaqla yanaşı büdcə zərfi müzakirə ediləcək. Əminəm ki bu sessiyada uğurla keçəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...