ABŞ Konqresi tarixində utandırıcı olay: Dağlıq Qarabağın “müstəqillik günü” qeyd edilib
ABŞ Konqresi tarixində utandırıcı olay baş verib. İlk dəfə olaraq özünü demokratiyanın beşiyi sayan ABŞ separatçılığı açıq şəkildə dəstəkləyən bir hadisəyə ev sahibliyi edib. SİA-nın erməni mənbələrinə istinadən verdiyi məlumata görə, Dağlıq Qarabağın "müstəqillik günü" qeyd edilən tədbir ABŞ konqresmeni Frank Pallonenin təşəbbüsü ilə təşkil olunub. Konqresmen nitqində vurğulayıb ki, Dağlıq Qarabağda olarkən onu "respublika"nın demokratik yolda inkişaf etdiyinə inandıra biliblər.
Tədbirdə çıxış edən qondarma qurumun parlament sədri Aşot Qulyan bildirib ki, Dağlıq Qarabağın müstəqilliyinin ABŞ-da qeyd edilməsi heç də sürpriz deyil: "ABŞ vaxtilə öz müqəddəratını təyin etmə ilə Qarabağ konfliktinin həllinə və zorakılıqdan çəkinməyə Sovet hakimiyyətini inandırmağa çalışırdı. Bu gün ABŞ Dağlıq Qarabağa illik humanitar yardımlar edir. Bu yardımlar ABŞ-ın azadlığa yanaşmasının necə olduğunu göstərir". Ermənistanın ABŞ-dakı səfiri Tatul Markaryan isə Azərbaycanı müharibə hədələri ilə çıxış etməkdə günahlandırıb. O, bildirib ki, Ermənistan və Dağlıq Qarabağın iqtisadi blokadaya alınmasına baxmayaraq onları dizüstə çökdürə bilməyəcəklər: "Azadlıq satılmaq üçün deyil".
Məlumatda həmçinin bildirilir ki, Konqresin qarşısında tədbirin keçirilməsinə etiraz edən bir qrup azərbaycanlı toplanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB