"Avropa Şurasının ermənipərəst mövqe tutmasına heç kimin şübhəsi yoxdur. Bu baxımdan da qurum heç zaman Azərbaycan torpaqlarının 20 faizindən çoxunu işğal edən Ermənistana qarşı bir kəlmə söz demir”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Son illər AŞPA islamofob meyllərinin qalib gəldiyini deyən politoloq söyləyib ki, artıq bu qurum müsəlman ölkələrinə qarşı ikili standartlar siyasəti yürüdən bir təşkilata çevrilib: “Bildiyiniz kimi Avropa Şurası bura üzv dövlətlərin qanunvericiliyini bir-birinə yaxınlaşdırılması üçün yaradılıb. 2001-ci ildən Azərbaycanda bu quruma üzv olub. Avropa Şurasına üzv olduğumuz müddət ərzində Qərbə inteqrasiya siyasəti yürüdən Azərbaycan yalnız davamlı təzyiqlər, daxili işlərinə kobud müdaxilə, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyası ilə üzləşib”.
Q.Hüseynlinin sözlərinə görə, Avropa Şurasının da kifayət qədər nöqsanları var: “Ermənilər Avropada meydan sulayur, at oynadırlar. Avropa Şurasının Azərbaycan və Türkiyəyə qarşı sərt mövqe tutmasının arxasında da ermənilərin xüsusi rolu var”.
Politoloq qeyd edib ki, Azərbaycanın dünyadakı nüfuzu və regionda gedən proseslərə təsiri, gücü, oynadığı rol AŞ-dakı anti-Azərbaycan və ermənipərəst dairələri ciddi narahat edir: “Azərbaycanın səsi artıq bütün dünyadan gəlir. Ölkəmiz Avropa bazarlarını neft və mavi yanacaqla fəth edib. Bundan başqa, Azərbaycanın müstəqil siyasət sürməsi islamofobiyanın gücləndiyi AŞ-da xüsusi ittiham hədəfinə çevrilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB