Türkiyənin milli müdafiə naziri: "Azərbaycan torpaqları gec-tez azad ediləcək"
Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları gec-tez azad ediləcək. Bunu Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri Nurəddin Canikli bu gün jurnalistlərə müsahibəsində deyib.
Nazir bildirib ki, Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ işğaldan azad olunmalıdır. Bu torpaqlar gec-tez Ermənistanın işğalından azad ediləcək.
Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan nazir deyib: “Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü Azərbaycanın gücüdür. Biz digər sahələrdə olduğu kimi, müdafiə sənayesi sahəsində də səylərimizi birləşdirməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB