Bu, eləcə də AXCP sədrinin ambisiyası ətrafında cərəyan edən əsl rüsvayçılıq gerçəkliyinin göstəricisidir
Bəlli olduğu kimi, AXCP və "Milli Şura" cütlüyü növbəti dəfə aksiya keçirmək fikrinə düşüb və maraqlısı da budur ki, oradakılar bəri başdan həmin aksiyalarının uğursuzluqla nəticələnəcəyinin fərqinə varmağa başlayıblar. Əbəs deyil ki, cəbhəçilərin sədri Əli Kərimli "facebook"dakı zombi dəstələrinə onun tərəfindən keçirilməsi planlaşdırılan mitinqə gəlməyənləri söyməyi tapşırıb. Daha dəqiq desək, zombilər müxtəlif təhqiredici ifadələri işə salaraq özlərinə süni dəstək qazanacaqlarına ümid edirlər. Misal üçün, aksiyaya qatılmayacaq insanları "peysər", "şərəfsiz", "qeyrətsiz" adlandıran kərimovçular bu tərbiyəsizlik vasitəsilə nə qədər rəzil ünsürlərdən ibarət toplum olduqlarını təsdiqləyirlər.
"Möhtəşəm mitinq" elanından sonra meydana hansı elektoratla çıxmaq kimi ağır işin qarşısında çarəsiz qalan cəbhəçilərin sədri "söyüş maşını"nı işə salmaqdan başqa çarə tapa bilmir
Digər tərəfdən, daha bir ilginc məsələ mitinqə adam gətizdirmək tapşırığıdır ki, bu, ilk növbədə Kərimlinin və ətrafındakılarının nə qədər bacarıqsız olması xəbərini verir. Yəni, hətta AXCP sədrinin zombi dəstələri özləri ilə adam gətirsələr belə, həmin adamların ümumiyyətlə, ictimai-siyasi proseslərdən bixəbər olduqlarını, Ə.Kərimlinin oyunbazlığının güdazına getdiklərini demək mümkündür. Bu, eləcə də Kərimlinin ambisiyası ətrafında cərəyan edən əsl rüsvayçılıq gerçəkliyinin göstəricisidir. Çünki Ə.Kərimlinin sosial şəbəkələrdə "söyüş lobbisi"nin, "söyüş maşını"nın olduğu heç kəsə sirr deyil. İndi edilən "möhtəşəm mitinq" elanından sonra meydana hansı elektoratla çıxmaq kimi ağır işin qarşısında çarəsiz qalan cəbhəçilərin sədri "söyüş maşını"nı işə salmaqdan başqa çarə tapa bilmir.
Cəmil Həsənli Əli Kərimlinin "siyasi karyerasında" boş və pis qoxulu hava olaraq, sadəcə iylənməklə məşğuldur
Sonuncu ilginc məqam isə AXCP sədri Ə.Kərimlinin özünü "Milli Şura"nın sədri kimi aparmasıdır. Daha dəqiqi, bu ölü qurumun sədrinin Cəmil Həsənli olmasına baxmayaraq, Ə.Kərimlinin ortada var-gəl etməsidir. Bu isə bir daha isbat edir ki, C.Həsənli bu qurumda sadəcə, "qoca professor" rolunu oynayır və siyasi kuklalıqdan başqa bacardığı heç nə yoxdur. Yəni hazırda, "Milli Şura"nın idarəçiliyi sədrdə deyil, AXCP rəhbərindədir. C.Həsənli Ə.Kərimlinin "siyasi karyerasında" boş və pis qoxulu hava olaraq, sadəcə iylənməklə məşğuldur.
Beləliklə, fakt budur ki, nə Kərilmli, nə də onun söyüş zombiləri nəzərlərində tutduqları aksiyalarının istədikləri şəkildə baş tutacağına heç özləri də inanmırlar.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB