Ermənistanın Elm və Təhsil nazirinin müavini Vahram Mkrtçyan keçən il ərzində daha çox mənzillərin satınalınması ilə məşğul olub. Azvision.az xəbər verir ki, o, 45 milyon drama çoxmənzilli binanın qeyri-yaşayış sahələrini, 20 milyon drama mənzil, 30 milyon drama isə ictimai təyinatlı tikinti sahələri alıb.
Bundan əlavə erməni məmur torpaq sahələrinin alınmasına 13 milyon dram xərcləyib. Nazir müavinin rəsmi məlumatlarda 7 milyon dram və 70 min dollar nəğd pula sahib olduğu qeyd olunub. Əslində isə onun sahibi olduğu var-dövlət göstəriləndən qat-qat çoxdur.
Qeyd edək ki, Mkrtçyan gəlir mənbəyi olaraq vəzifəni qəbul edərkən 2 milyon 811 min dram təşkil edən əmək haqqını bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB