Moskva meri Yuri Lujkov işdən azad edilib

Moskva meri Yuri Lujkov işdən azad edilib

Moskva meri Yuri Lujkov işdən azad edilib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti Dmitri Medvedev Moskva merinin işdən azad edilməsi barəsində sərəncam imzalayıb. Hazırda onun vəzifəsini Vladimir Resin müvəqqəti icra edir.

 

Lujkovun vəzifə müddətinin bitəcəyi 2011-ci ili gözləmədən vəzifədən uzaqlaşdırılmasında əsas səbəblər kimi onun yanğınlara görə paytaxta gələrək işdə olmaması, öz arılarını yanğından qurtarmaq üçün yüz minlərlə dollar xərcləməsi, Moskva - St. Peterburq şose inşaatını yoldaşının ərazisi yerinə Himki meşələrindən keçirmək cəhdi və s. göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə