Elmar Məmmədyarov Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

Elmar Məmmədyarov Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri Viktor Szederkeni ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, görüşdə Viktor Szederkeni etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib.

Səfir ölkəsinin enerji, nəqliyyat, turizm, mədəniyyət və digər sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Elmar Məmmədyarov Viktor Szederkeniyə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə