Asim Mollazadə: "Çirkin oyunların arxasında duranların səyləri əbəsdir" AÇIQLAMA
"Hazırda dünyada Azərbaycana qarşı gedən informasiya müharibəsinin məqsəd dövlətimizi zəiflətmək, ölkəmizin həyata keçirdiyi böyük beynəlxalq layihələrin və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinin qarşısını almaqdan ibarətdir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.
Deputatın sözlərinə görə, bu gün həyata keçirilən qarayaxma kampaniyası xarici anti-Azərbaycan və ermənipərəst qüvvələrin növbəti dəfə beynəlxalq ictimai rəyi çaşdırmaq, Azərbaycanın yüksək nüfuzunu ləkələmək cəhdidir: "Azərbaycanın müstəqil daxili və siyasəti, yüksək beynəlxalq imici, dünyada baş verən hadisələr və gedən proseslərə öz münasibəti, müxtəlif qüvvələrin təsir imkanlarına qarşı güclü immuniteti, milli və dövlətçilik maraqların hər şeydən üstün tutması bəzi xarici dairələri, ermənipərəst qüvvələri ciddi narahat edir. Bu informasiya müharibəsi Qarabağda səngərdə aparılan müharibədən daha kəskin formada həyata keçirilir. Hərbi təxribatların qarşısını alan Azərbaycana qarşı zərbələr informasiya müharibəsində endirilir. Ancaq onun arxasında duran dairələr də yaxşı anlayırlar ki, bütün səyləri əbəsdir. Azərbaycan o ölkələrdən deyil ki, feyk informasiyalarla onu çaşdırmaq, boyun əyməyə məcbur etmək mümkün olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB