Mövlut Çavuşoğlunun Azərbaycana səfəri başlayıb

Mövlut Çavuşoğlunun Azərbaycana səfəri başlayıb

Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlunun Azərbaycana səfəri başlayıb. SİA-nın məlumatına görə, o, sabah Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Gürcüstan xarici işlər naziri Mixeil Canelidze ilə 6-cı üçtərəfli görüşdə iştirak edəcək.

Türkiyəli nazirin Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü gözlənilir.

Mixeil Canelidze də artıq Bakıdadır.

Qeyd edək ki, 6-cı üçtərəfli görüşdə əvvəlki görüşlərdə qəbul olunmuş qərarlar nəzərdən keçiriləcək, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələləri müzakirə olunacaq və sonda “2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanacaq.

Səfər zamanı nazirlər arasında ikitərəfli görüşlər də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə