Ermənistan Silahlı Qüvvələri atəşkəsi yenidən pozub

Ermənistan Silahlı Qüvvələri atəşkəsi yenidən pozub

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən bölmələri sentyabrın 26-da saat 17.10-dan 17.50-dək Ermənistanın Krasnoselski rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi saat 19.40-dan 19.50-dək, Berd rayonunun Mosesqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 18.50-dən 19.45-dək, 21.30-dan 21.40-dək, sentyabrın 27-də saat 04.50-dən 05.20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdən, Aşağı Seyidəhmədli, Alxanlı və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 02.15-dən 02.45-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

 

Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə