Elmar Məmmədyarov Macarıstana səfər edəcək

Elmar Məmmədyarov Macarıstana səfər edəcək

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov 31 avqust 2017-ci ildə Budapeşt şəhərində keçiriləcək Vişeqrad qrupu (Polşa, Çexiya, Slovakiya və Macarıstan) və Şərq Tərəfdaşlığı ölkələrinin Xarici İşlər Nazirlərinin toplantısında iştirak etmək üçün Macarıstana səfər edəcək.

SİA-nın verdiyi məlumata görə, tədbirdə xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə