YAP Qaradağ rayon ərazi təşkilatına yeni üzvlər qəbul edilib FOTOLAR
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-də Qaradağ rayon Yeni Azərbaycan Partiyasının ərazi təşkilatına yeni üzvlərin qəbulu keçirilib. SİA-nın verdiyi məlumata görə, mərasimdə çıxış edən Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədr müavini Xaliq Məmmədov bir müddət əvvəl ərazi təşkilatının yaradıldığını və təşkilati işlərin sürətlə həyata keçirildiyini bildirib.
YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov çıxışında partiyanın keçdiyi zəngin siyasi fəaliyyətdən danışıb və Azərbaycanın çağdaş tarixində oynadığı roldan bəhs edib.
Daha sonra partiya üzvlərinə vəsiqələr təqdim olunub. Vəsiqələri Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri Əbülfət Qocayev, millət vəkili Aydın Hüseynov, sədr müavinləri Xaliq Məmmədov və Elşən Əsədov təqdim ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB