Politoloq: “Türkiyə heç zaman sərhədlərin açılmasına razı olmaz” AÇIQLAMA
Avrasiya İqtisadi İttifaqında işğalçı Ermənistan da təmsil olunduğundan düşmən ölkə hesab edir ki, Türkiyə sözgedən ittifaqla gömrük sazişini bağlasa, sərhədlərin açıla bilər. Düşmən ölkənin fikrincə, Türkiyənin AİB-yə üzv olması üçün Ermənistanın da səsi ona lazım olacaq. Hər kəsə məlumdur ki, Rusiya AİB-yə hansı ölkənin qəbul edilməsini özü həll edir və belə olan halda, Ermənistanın hər hansı səsvermə hüququ heçə enmiş olur”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloqun sözlərinə görə, Ermənistanın sərhədlə bağlı yaydığı informasiyalar növbəti təxribatdır və onun reallaşması mümkün deyil:
“ Türkiyə heç bir zaman Azərbaycanın ziyanına olan vəı xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həllində problem yaradacaq məsələlərə yol verməz. Türkiyə hökuməti bu məsələdə Azərbaycanın mövqeyini dəstəklədiklərini dəfələrlə bəyan ediblər. Bu baxımdan düşünürəm ki, Ermənistan tərəfindən qaldırılan məsələ sadəcə hay-küy yaratmağa yönəlib”.
Q. Hüseynli əlavə edib ki, Türkiyə Ermənistanın da üzv olduğu Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlasa təqdirdə sərhədlərin açılması məsələsi gündəmə gələ bilər, amma reallaşa bilməz.: “Çünki, bu, qardaş Türkiyənin tutduğu mövqedir və heç zaman buna razı olmaz. Geosiyasi maraqların fövqündə olan Azərbaycan-Türkiyə münasibətlərin xarakterini yalnız iqtisadi-siyasi əlaqələrin yüksək səviyyədə olması müəyyən etmir, xalqlarımızı ortaq din, mədəniyyət, dil və əsassız iddialara qarşı müştərək mübarizə tarixi birləşdirir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB