Sabiq səfir Ərəbistandakı qadınların vəziyyətindən danışıb MÜNASİBƏT

"Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumu öz əhəmiyyətliliyi ilə seçilir və burada müzakirə olunan məsələlər xüsusi diqqət cəlb edir". Bunu SİA-ya açıqlamasında Livanın Avropa İttifaqındakı sabiq səfiri Farida Allaghi deyib.

O Səudiyyə Ərəbistandakı qadınların vəziyyətinə toxunub, müasir qadınların nailiyyətlərinin kişilərə nisbətən daha çox olduğunu bildirib. O, müxtəlif mədəniyyətlərdə uşaqların tərbiyəsinə münasibətin fərqli olduğunu vurğulayıb. F.Allaghi kişilərin hökmran ruhda böyüdülməsinin bəzi hallarda qadınların hüuqularının pozulması, yaxud məhdudlaşdırılması üçün psixoloji zəmin yaratdığını bildirib.

Sabiq səfir qeyd edib ki, bu gün əksər universitetlərdə alimlərin 70 faizini qadınlar təşkil edir. Səudiyyə Ərəbistanında, Küveytdə sahibkarların əksəriyyəti qadınlardı.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə