Zaqatalada zəlzələ olub

Azərbaycan-Gürcüstan sərhədində zəlzələ baş verib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarında Azərbaycanın Zaqatala rayonu ərazisində zəlzələ qeydə alınıb. Zaqatala rayonun cənub-qərb istiqamətinin 46-cı km-də qeydə alınan zəlzələ rixter şkalası üzrə 3.8 bal gücündə olub.

 

Zəlzələnin episentri isə Gürcüstan ərazisində 12-km dərinlikdə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə