Bakı şəhərində Sosial Yeniliklər Düşərgəsi keçirilib. SİA-nın məlumatına görə, düşərgənin əsas təşkilatçısı "TOL", maliyyə dəstəyi isə "IREX" tərəfindən qarşılanıb. Düşərgə sosial sahədə olan ideyaları olan gənclərin bir arada toplanması və ideyanın daha da təkmilləşdirilib həyata keçirilməsi üçün təşkil olunub. Düşərgədə əvvəlcədən iştirak ərizəsini dolduran 6 ideya sahibi, verilən ideyalara qoşulmaq və təlimlərdə iştirak etmək istəyən şəxslər iştirak ediblər. Düşərgədə "İRƏLİ" İtimai Birliyini İnformasiya Texnologiayaları Mərkəzinin 2 üzvü Şükürov Sərxan, Qoşqar Hüseynov ideya sahibləri kimi, 1 üzvü Nuranə Ağayeva isə iştirakçı kimi iştirak ediblər.
Qoşqar Hüseynov "Yollar.info", Şükürov Sərxan isə "103.az" ideyası ilə iştirak ediblər. Nuranə Ağayeva isə Qoşqar Hüseynovun müəllif olduğu ideyada iştirak edbi. 2 gün davam edən düşərgədə gərgin hazırlıq mərhələlərindən sonra ideyaların təqdimatı olub. Təqdimatdan sonra münsiflər Vahid Qasımov ("Sahil İT" MMC şirkətinin rəhbəri), Tony Bouden (britaniyalı ekspert, Mysociety.org təşkilatının işçisi) Aleksey Levonçik (Mərkəzi və Şərqi Avropada onlayn layihələrin müəllifi), David Birman (israilli marketinq mütəxəssisi və universitet müəllimi, e-marketinq üzrə yeni təlim kurikkulumunun müəllifi), Jana Terzimehic-Petrlikova (çoxillik maliyyə idarəetmə təcrübəsinə malik çexiyalı mütəxəssis) ,Beishen Dairbekov (Mərkəzi Asiyada yeni medianın inkişafı ilə fəal məşğul olan mütəxəssis, Qırğızıstanda internet layihələrin təbliğatçısı), Elza Ketsbaia (çoxillik təcrübəyə malik jurnalist, yeni media ilə bağlı müxtəlif forum və seminarlarının təşkilatçısı, təlimçi) və təlimdə iştirak edənlər arasında səsvermə keçirilib. Səsvermənin nəticələrinə görə Qoşqar Hüseynovun təqdim etdiyi ideya 1ci yerə, Sərxan Şükürovun təqdim etdiyi ideya isə 3-cü yerə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB