Politoloq: “İki ölkənin əlaqələri intensivləşdirmək təşəbbüsləri əks effekt yaradır” MÜNASİBƏT

Politoloq: “İki ölkənin əlaqələri intensivləşdirmək təşəbbüsləri əks effekt yaradır” MÜNASİBƏT

“Ukraynanın ABŞ-la əlaqələri intensivləşdirmək təşəbbüsləri əks effekt yaradır”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Ağ Ev Ukraynanın indiki hakimiyyətini seçkiqabağı dövrdə demokratlara kömək etməkdə ittiham etdi:

II. ABŞ Dövlət Departamenti Minsk danışıqlarını tam dəstəklədiyini bildirdi.

III. ABŞ Dövlət Katibi R.Tillerson Ukrayna üzrə xüsusi nümayəndənin təyin edilməsini RF-in təklifi üzrə edildiyini bildirdi. Kurt Volker ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi təyin edildi. Bu faktiki Surkov-Nuland formatının davam etdiriləcəyinə vacib işarədir.

ABŞ Dövlət Katibi R.Tillerson Kiyevə səfər etdi və prezident P.Poroşenko ilə görüşdü. İki ölkə arasındakı əlaqələrin genişləndirilməsinə razılaşdı.

ABŞ 1 tonu 113 dollar olmaqla ilin sonunadək Ukraynaya 700 min ton daş kömür satmaq barədə qərar qəbul etdi.

RF prezidenti V.Putin Almaniya kansleri A.Merkel, Fransa prezidenti E.Makron və Ukrayna prezidenti P.Poroşenko saat yarımlıq telefon danışığı zamanı Donbasdakı vəziyyəti müzakirə etdilər.

Separatçı Donetsk Xalq Respublikasının başçısı A.Zaxarçenko Malorossiya dövlətinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Malorossiya Ukraynanın ruslar tərəfindən verilmiş tarixi adıdır. Bununla da Donbas bütün Ukraynanın ərazisinə iddia etdiyini ortalığa qoydu. “Malorossiya” terminin “Novorossiya” termininin sıradan çıxmasından sonra dövriyyəyə buraxılmasını vacib geosiyasi mesajı var. “Novorossiya” termini ilə RF Ukraynanın bir qisminə-şərqinə iddia etdiyini bildirdiyi halda “Malorossiya” termini ilə RF bütövlükdə Ukraynanın ərazisinə iddia etdiyini bildirir. RF-in ATƏT-dəki nümayəndəsi A.Lukaşeviç rəsmi Moskvanın Malorossiyadan xəbərsiz olduğunu bildirdi. RF prezidenti V.Putinin köməkçisi V.Surkov isə Malorossiyanı təsəvvür olunan dövlət adlandırdı və bununla da Donbasın Ukraynanın parçalanması uğrunda deyil, bütövlüyü uğrunda vuruşduğunu göstərdiyini bildirdi. Bununla yanaşı V.Surkov Malorossiya ideyasını “hayp” başqa sözlə, blef proyekt adlandırdı. Ukrayna XİN Malorossiyanı Rusiyanın Abxaziya siyasəti ilə müqayisə etdi.

Polşanın xarici işlər naziri V.Vaşikovski Bandera mədəniyyətli Ukraynanın Avropaya daxil ola bilməyəcəyini bəyan etdi. Buna görə Ukrayna XİN Polşa səfiri Yan Peklonu dəvət etdi və nazirin bəyanatından məyusluğunu bildirdi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə