ABŞ Səfirliyinin rəsmisi MSK-da olub

Sentyabrın 22-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki müvəqqəti işlər vəkili Adam Sterlinq Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşüb.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ABŞ-ın Azərbaycanın dostu və strateji müttəfiqi olduğunu xatırladan MSK sədri bu ölkənin müvəqqəti işlər vəkili ilə görüşdən məmnunluq duyduğunu bildirib.

MSK ilə ABŞ səfirliyi arasında uzun müddətdən bəri sıx əməkdaşlığın mövcud olduğunu vurğulayan Adam Sterlinq Azərbaycanın çox mühüm bir hadisə ərfəsində olduğunu qeyd etmiş və Milli Məclisə seçkilərlə bağlı vəziyyətlə maraqlanıb.

MSK sədri seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı qanunvericiliyin tələbləri və görülən işlər barədə qonağa ətraflı məlumat verib.

Görüşdə qarşıdan gələn seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyası ilə ABŞ səfirliyi arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə