“Azərbaycan NATO ilə çox sıx əməkdaşlıq edir. Anti terror əməliyyatında Azərbaycan ordusu ilk sıralarda iştirak edir. Burada heç bir problem yoxdur. Ermənistanın Gürcüstanda keçirilən NATO təlimlərində iştirakına gəlincə deyə bilərəm ki, o Ermənistanın əsas müttəfiqi Rusiyaya qarşı ənənəvi olaraq haqqınçılıq siyasətinin nəticəsidir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Rövşən Rzayev deyib.
Ermənilərin xaricdə olan lobbisinin gücünün hesabına Ermənistan NATO-nun bu cür təlimlərinə dəvət olunub və onları hansısa digər qüvvələr ora gətiriblər. Ona görə də ilk növbədə Rusiya fikirləşməlidir ki, bu cür satqın, yalançı siyasəti olan Ermənistanla nə qədər düzgün münasibət qura biliblər. Hesab edirəm ki, bu barədə düşünmək lazımdır. Bu gün Azərbaycan regionun ən güclü ordusuna malikdir. Bu sadəcə bir daha Ermənistanın iç üzünü göstərən bir addımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB