Gəncədə xüsusi qayğıya ehtiyacı olan uşaqların sayı artır

Gəncə şəhərində xüsusi qayğıya ehtiyacı olan uşaqların sayı artır. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə şəhərində fəaliyyət göstərən Əlil Uşaqların Reabilitasiya Mərkəzinin rəhbəri Rövşən Novruzov məlumat verib. Onun sözlərinə görə Mərkəzə müraciət edənlərin sayının çoxalması əlil uşaqların artdığını təsdiqləyir.

"Biz təlimata uyğun olaraq sadəcə 25 xüsusi qayğıya ehtiyac duyan uşaqları Mərkəzə dəvət edə bilirik. Ancaq övladlarının Mərkəzin xidmətlərindən istifadə etməsini istəyən valideyinlər çoxdur" R.Novruzov deyib.

Qeyd edək ki, fəaliyyət göstərdiyi 5-il ərzində sözügedən qurumun xidmətlərindən 200-dən artıq fiziki qüsurlu uşaq yararlanıb. Burada bu kateqoryadan olan uşaqlar üçün oxumaq, yazmaq, ünsiyyət bacarığı və digər qabiliyyətlər aşılanır.

Bütün xəbərlər Facebook səhifəmizdə