Dəniz Kuboku - 2017” müsabiqəsində püşkatma mərasimi keçirilib VİDEO-FOTO
"Beynəlxalq Ordu Oyunları - 2017" çərçivəsində keçirilən "Dəniz Kuboku - 2017" müsabiqəsinin mərhələ və epizodlarının icrası üzrə püşkatma mərasimi keçirilib. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, püşkatmanın nəticələrinə əsasən müsabiqənin 2-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı epizodlarının yerinə yetirilməsində komandaların növbə üzrə sıralanması müəyyənləşdirilib. "Hava hədəfinə artilleriya atışı" üzrə 2-ci epizodun icrasına Rusiya birinci, Azərbaycan ikinci, Qazaxıstan üçüncü və İran dördüncü başlayacaq. "Üzən minaya artilleriya atışı" üzrə 3-cü epizodun icrasına Qazaxıstan birinci, Azərbaycan ikinci, İran üçüncü və Rusiya dördüncü başlayacaq. "Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə yarışı" üzrə 4-cü epizodun icrasına Qazaxıstan birinci, Rusiya ikinci, İran üçüncü və Azərbaycan dördüncü başlayacaq. "Xilasetmə vasitələrinin istifadəsi" üzrə 5-ci epizodun icrasına Rusiya birinci, Qazaxıstan ikinci, İran üçüncü və Azərbaycan dördüncü başlayacaq. "Gəminin lövbərə və çəlləyə dayanması" üzrə 6-cı epizodun icrasına Rusiya birinci, İran ikinci, Qazaxıstan üçüncü və Azərbaycan dördüncü başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB