İsrail Rusiyaya cavab olaraq Gürcüstanı silahlandıracaq, müharibə ocağı yenidən alovlanır - YENİ XƏBƏR
"Biz nə qədər çalışsaqda Rusiyanın Suriyaya P-800 tipli gəmi əleyhinə raketlərinin satışının qarşısnı ala bilmədik". SİA-nın "The Associated Press"-ə istinadən verdiyi xəbərə görə, bu etirafı İsrailin baş naziri Binyamin Netanyahu nazirlərin birgə toplantısında edib. O, qeyd edib ki, Rusiya tərəfi "Yaxnot" P-800 gəmi əleyhinə raketlərini Suriyaya satışını artıq reallaşdırmaq üzrədir və bu birbaşa Suriyanın dənizdə olan gücünün artmasına təsir edəcək. Baş nazir Rusiya-Suriya münasibətlərinin bu məcrada inkişafının İsrail tərəfindən sakit qarşılanmayacağını bildirib: "İsrail artıq öz təhdid elementlərini reallaşdıra bilər. İsrail Rusiya üçün təhlükə törədən ölkələrə silah satışına tam imkan yaradacaq. Ekspertlərin fikrincə söhbət Gürcüstandan gedir".
Sərt müqavilə 2007-ci ildə imzalanıb. Rusiya müdafiə naziri Anatoli Serdyukov bildirib ki, Rusiya sazişə əsasən "Yaxont" raketlərini Dəməşqə satışını təşkil edəcək. İsrail tərəfi isə bundan çox narahatdır. Belə ki, rəsmi Təl-Əviv iddia edir ki, P-800 raketləri Suriya ərazisinə gətirildikdən sonra gizli yollarla Livanın cənubuna, "Hizbullah" hərəkatına ötürüləcək.
ARAYIŞ: P-800 "Yaxnot".
Unikal gəmi əleyhinə raket 1970-ci illərdən SSR-də istehsal edilməyə başlanılıb. Lakin 1993-cü ildən bu raket silahlı qüvvələrin istifadəsinə verilib. Orta radiusda raket 300 km məsafədə, dəniz səviyyəsindən bir neçə metr hündürlükdə uçma qabiliyyətinə malikdir. Bu da həmin raketə gözəgörünməz olmaq imkanı yaradır. Mərminin başlığı 200 kq ağırlığındadır. Ümumi çəkisi isə 300 kq-dır. Rusiyalı hərbçi ekspertlərin fikrincə bu silahın analoqu yoxdur.
Hərbçi ekspert Konstantin Makinenko açıqlamasında bildirib ki, P-800 raketləri birbaşa İsrail gəmilərini hədəfə almaq üçün tam münasib silahlardır. Onun sözlərinə görə, çox ehtimal ki, P-800 raketlərinin başlıqları Suriyada olan P-35 başlıqları ilə əvəz edildikdən sonra dənizdə olan gəmilərin hədəfdən qaçma ehtimalı sıfıra bərabər olacaq: "Fikrimcə İsrailin narahatlığı boşuna deyil. Çünki İsrail tərəfinin P-800 raketinin qarşısını ala biləcək gəmisi mövcud deyl".
Hərbçi ekspert hesab edir ki, bu zəmində İsrail Rusiyaya simmetrik cavab verəcək: "Bununla bağlı İsrail tərəfi artıq bəyanat verib. Rusiya üçün vacib olan strateji ölkələrə silah satışına İsrail ilk növbədə Gürcüstandan başlayacaq. Çünki 2008-ci ildə baş verən məlum hadisədən sonra rəsmi Tel-Əviv Gürcüstana silah satışını dayandırıb. Lakin bu hadisədən sonra ilk silah partiyası fikrimcə Qara dəniz sahillərinə yollanacaq. Buda rəsmi Moskvanın qıcıqlandırmaqdan irəli gələn bir nüansdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB