“İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri”
SİA-nın verdiyi məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları, Balakən rayonunun yerli strukturlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, rayonun din xadimləri, dini icma sədrləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev rayonda keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətində toxunub. O bildirib ki, Azərbaycanda bu sahədəki məqsədyönlü, düşünülmüş siyasətin nəticəsidir ki, İslam həmrəyliyinin Azərbaycan nümunəsi dünyanın qəbul etdiyi və örnək göstərdiyi modelə çevrilib. Onun sözlərinə görə, hazırda islami dəyərlərin geniş təbliğ olunmasına böyük ehtiyac var və bu yöndə maarifləndirmə işləri daim davam etdirilməlidir. Rayondakı mövcud dini durum barədə də məlumat verən İslam Rzayev vurğulayıb ki, qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanılması istiqamətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri öz nəticələrini verməkdədir.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışında din sahəsində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri barədə məlumat verib. Natiq ölkəmizdə dini sabitliyin qorunub saxlanılması və dini maarifləndirmə sahəsində görülməsi zəruri olan məsələlərə də toxunaraq din xadimlərinin üzərinə düşən işləri xüsusi vurğulayıb. Bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının və IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinin önəminə toxunan Səyyad Salahlı bildirib ki, İslam dininin sağlam təməlləri əsas götürülərsə, bir çox problemli məsələlər asanlıqla öz həllini tapa bilər. Qeyd olunub ki, cəmiyyətimizdə həm dini, həm də bəşəri dəyərlərə eyni ölçüdə önəm verilir. Eyni zamanda, Azərbaycanda bütün dinlərin nümayəndələrinə qarşı yüksək hörmət göstərildiyi və dövlət tərəfindən müsəlmanlarla yanaşı, xristian və yəhudi icmalarına da dini ibadətgahların tikildiyi diqqətə çatdırılıb.
Tədbirdə dini sabitliyin əhəmiyyəti haqqında məlumat verən Balakən Rayon məhkəməsinin sədri Hümbət Səlimov bildirib ki, dövlətimiz möhkəm qanunvericilik bazasına malikdir. Azərbaycanda sabitliyin qorunması ölkəmizin qanunvericiliyinə və beynəlxalq hüquqi aktlara uyğun olaraq həyata keçirilməkdədir. O, ölkəmizdə hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunduğunu, bununla yanaşı, yaradılmış etiqad azadlığından digər məqsədlər üçün istifadənin yolverilməzliyini diqqətə çatdırıb.
Sonda çıxış edən QMİ-nin Balakən rayon qazısı İbrahim İbrahimov deyib ki, milli-mənəvi dəyərlərimiz bizi bir xalq kimi formalaşdıran və digər dünya xalqlarından fərqləndirən əsas cəhətdir: “Azərbaycanda dini etiqad sahibinin ibadətini yerinə yetirməsi üçün əlverişli şərait var. Hər bir ölkə vətəndaşı dini və milli dəyərlərimizi qorumalı və bizim birgə yaşamağımıza, həmrəyliyimizə mane olan, bizi bir-birimizdən uzaqlaşdıran radikal dini düşüncəyə qarşı ayıq-sayıq olmalıdır.”
Tədbir, iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:42Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



