Bakının şərti, həmsədrlərin təklifi

Bakının şərti, həmsədrlərin təklifi

Brüsseldə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində müzakirələrin yeni raundunu müəyyənləşdiridi. Həmsədrlər Məmmədyarov və Nalbadyan arasında aparılan danışıqları presspektivli adlandırdı və prezidentlərin görüşünün keçirilməsi təklif edildi. Görünür Məmmədyarovun Nalbadyanla fikir mübadiləsi prezidentlərin bir araya gəlməsi üçün zəmin hazırlayıb. Hər bir halda Dağlıq Qarabağ münaqişəsinin silahsız həllinə nail olmaq üçün Bakının irəli sürdüyü şərtlər bəllidir. İki ölkə arasında sülh əldə olunacaqsa, bu ilk növbədə ətraf rayonların işğaldan azad olunmasından keçir. Ermənistan ordusunun Azərbaycan ərazilərini boşaltması sülhə aparacaq yeganə yoldur.

Görünür diplomaltar arasındakı müzakirələrdə irəliyə doğru müəyyən addımlar atılıb. Həmsədrlərin prezidentlərin görüşünü təklif etməsi də bir sıra məqamlardan xəbər verir. Çünki, Bakı dəfələrlə imitasiya xatirinə danışıqlarda iştirak etmək niyyətində olmadığını bəyan edib. Münaqişənin nizamlanması yönümündə diplomatiya işə düşürsə bu nəticəyə hesablanmalı, işğalçı ilkin olaraq Dağlıq Qarabağa aidiatı olmayan ərazilərdən qoşununu çəkməlidir. Belə görünür ki, nazirlərin görüşündən sonra prezidentlər araya gələcək. Yəni Serj Sarkisyan prezident İlham Əliyevin qətiyyətli mövqeyindən xəbərdardır. Bütün bunların müqabilində prezidenltər görüşürsə birmənalı şəkildə deyə bilərik ki, Azərbaycanın beynalxalq qurumlar tərəfindən də müdafiə olunan haqlı tələbi müzakirlərin əsas aspekti olacaq. Bakının maraqlarına cavab verməyən digər alternativlər fonunda Azərbaycan prezidentinin Sarkisyanla bir araya gəlməsi sadəcə mümkünsüzdür. Ermənistan qarşısına daha heç bir seçim şansı qoyulmayıb. Düşmən ölkənin dalana dirənməsi, beynaxlaq aləmdə təklənməsi və son nəticədə hərbi müstəvidə Azərbaycandan geridə qalması işğalçı ölkənin manevir imkanlarını tamami ilə tükədib.

Hazırda İrəvanın qeyri-kosntruktiv mövqeyi bölgədə müharibə təhlükəsini artırmaqdan başqa heç nəyə yaramır. Belə aydın olur ki, Sarkisyan və onun komandasına havadarları tərəfindən də ciddi xəbərdarlıq edilib. Ermənistanın tutduğu mövqe uzun illərdir tənqidə məruz qalan həmsədrləri də çıxılmaz vəziyyətdə qoymaqdadır. Ən önəmlisi isə odur ki, Azərbaycanın səbri tükənməz deyil. Silahlı qüvvələrimiz bunu aprel hadisələrində bütün dünyaya göstərdi.

İ.Məmmədov.

Bütün xəbərlər Facebook səhifəmizdə