Azərbaycan prezidenti İlham Əliyev Özbəkistana rəsmi səfər edəcək
Azərbaycan prezidenti İlham Əliyev Özbəkistana rəsmi səfər edəcək. SİA-nın Özbəkistan mətbuatına istinadən verdiyi xəbərə görə, dövlət başçısının Daşkəndə rəsmi səfəri sentyabrın sonlarına planlaşdırılıb.İlham Əliyev səfər zamanı Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzinin sentyabrın 27-nə planlaşdırılan açılış mərasimində iştirak edəcək.
Səfər zamanı həmçinin yüksək səviyyədə danışıqlar aparılacaq. Siyasi, iqtisadi və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı məsələlərinin müzakirəsi gözlənilir.
Səfər zamanı həmçinin yüksək səviyyədə danışıqlar aparılacaq. Siyasi, iqtisadi və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı məsələlərinin müzakirəsi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB