İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin mətbuat açıqlaması
İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması, mülki şəxslərin öldürülməsi ilə bağlı mətbuat açıqlaması verib. SİA-nın verdiyi məlumata görə, açıqlamada Ermənistan dövlətinin Xocalı faciəsi da daxil olmaqla bir çox qanlı təxribatlar törətdiyini qeyd edib və bildirib ki, bu faciə Ermənistan hakimiyyətinin terrorçu mahiyyətini ortaya qoyur.
Mətbuat açıqlamasında Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 4-ü Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızının və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının qətlə yetirilməsi qəti şəkildə pislənib, Ermənistan dövlətinin yürütdüyü işğalçılıq siyasətinin regionda sabitliyə mənfi təsir etdiyi vurğulanıb.
İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi dünya dövlətlərini, beynəlxalq təşkilatları Ermənistanın təcavüzkar siyasətinə sərt reaksiya verməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB