Xarici işlər naziri Elmar Məmmədyarov Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, səfir A.Buranov diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.
Elmar Məmmədyarov səfir A.Buranova gələcək fəaliyyətində uğurlar arzu edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB