Mərkəz sədri: “Ermənistan –İsrail müttəfiqliyinə İranın münasibəti maraqlı olacaq” MÜNASİBƏT
“Ermənistan –İsrail müttəfiqliyinə İranın münasibəti çox maraqlı olacaq”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, İsrail politoloqu Aviqdor Eskinin Ermənistana və sonra Dağlıq Qarabağa səfərini təsadüfi hesab etmirik: “Ən azı onun mətbuata verdiyi açıqlamalar hər şeyin əvvəlcədən hazırlanmış və İsrailin müvafiq rəsmiləri ilə razılaşdırılmış kimi görünməsidir. Nəzərə alınmalıdır ki, A.Eskin vaxtı ilə İsrail-Azərbaycan münasibətlərinin yaxşılaşmasına xidmət edib. A.Eskinin ermənilərə tərəf mövqe dəyişikliyində ən azı 3 variantı diqqətdə saxlayırıq:
I. A.Eskin Azərbaycandan subyektiv faktorlara görə narazıdır.
II. İsrail hökuməti Azərbaycandan narazıdır, ona görə A.Eskini “xüsusi missiya” ilə Ermənistana və Dağlıq Qarabağa göndərib. İsrailin Azərbaycandan narazılığının iki motivasiyası ola bilər: Birinci motivasiya İranla əlaqəlidir. Azərbaycan ehtimal ki, İsrailin antiİran siyasətində heç bir zaman iştirak etməyəcəyinə İsraili inandırıb və yəhudilər bundan narazı qalıblar. İkinci motivasiya İ.Lapşinin həbsi ilə əlaqəli ola bilər. Ümumi narazılıq fonunda Lapşinlə bağlı xahişlərin imtinası Təl-Əvivi belə addım atmağa təhrik edib.
ııı. İsrail A.Eskinin erməni mətbuatına verdiyi müsahibəsində dediyi kimi Yaxın Şərqdə gedən böyük dəyişikliyi görür və buna hazırlaşır. İsrailə həm də Türkiyəyə qarşı çıxa bilən qüvvə lazımdır. Çünki R.T.Ərdoğan dövründə İsrail-Türkiyə münasibətləri sinusoidal oldu. R.T.Ərdoğanın əl-Əksa məscidi ilə bağlı dedikləri İsraildə Türkiyə ilə münasibətlərinin stabil, normal olacağına inamı qırdı. Ona görə İsrail antiTürkiyə alət kimi Ermənistandan istifadə edir. Bu ABŞ-da çox ciddi antiTürkiyə qüvvə yarada bilər. Həmin qüvvələr Türkiyənin maraqları ilə birlikdə Azərbaycana qarşı da mübarizə aparacaqlar. İsrailin antiTürkiyə alət kimi Ermənistandan istifadə etməsi İranda çox geniş müzakirələr yaradacaqdır. Çünki İranda antiİsraillik üstqurumdur. AntiTürkiyə və antiAzərbaycançılıq isə bazisdir. Ona görə İran Ermənistanın İsrailə yaxınlaşmasına İsrailin Azərbaycana yaxınlaşmasına verdiyi kimi sərt reaksiya verməyəcək. Yalnız ilk dövrlərdə müəyyən tənqidi fikirlər bildiriləcəkdir. A.Eskin düzgün hesab edir ki, İran parlamentinin spikeri Ə.Laricani Cənubi Koreyada keçirilən tədbir müstəvisində Ermənistan parlamentinin spikeri A.Babloyanla görüşdə İsrail təhlükəsindən məhz onun səfərinə reaksiya olaraq danışıb.
A.Eskinin Ermənistana səfəri və bu səfər zamanı Dağlıq Qarabağda olması qəflətən baş verməyib. Həm İsrail knessetinin keçmiş deputatı Aleksandr Tsinker bir az öncə Ermənistanda idi. Özü ilə bir neçə jurnalistdə gətirmişdi. Tsinker diqqət çəkən açıqlamalar verdi. Onun fikrincə, İsrail Azərbaycana silah satdığı dövrdə həm də Ermənistana silah təklif edib. O zaman kı, müdafiə naziri S.Ohanyan baha olduğuna görə bu silahları almayıb. A.Tsinker və A.Eskin hər ikisi onların Ermənistana səfərinin İranla münasibətlərin yaxşılaşmasına xidmət edəcəyinə inanırlar. Bu inamı aşılamaq təsadüfi deyil. Çünki tarixən İran və İsrail müttəfiq olmuşlar. Bu müttəfiqlik İslam inqilabından sonra dayansa da əlaqələr kəsilmədi. İslam inqilabının ilk illərində İranın hərbi təyyarələrinin ehtiyat hissələri ilə təmini İsrail hesabına reallaşdırılırdı.
İsraildə Ermənistan Dövlət Tibb Universitetinin saxta diplomları aşkarlanıb. İsrail Səhiyyə Nazirliyi bu işə Ermənistanın təhlükəsizlik xidmətini qoşub.
Bütün xəbərlər Facebook səhifəmizdə