ABŞ-da Ermənistan səfirliyi qarşısında aksiya keçirilib

Ermənistanın Vaşinqtondakı səfirliyinin qarşısında Azərbaycan vətəndaşları İrəvanın sərhəd kəndlərinin dinc əhalisinə törətdiyi vəhşiliklərə qarşı etiraz aksiyası keçiriblər.

Bu barədə Trend-ə aksiya iştirakçılarından biri məlumat verib. Aksiya iştirakçıları əllərində "Qarabağ - Azərbaycanın beynəlxalq səviyyədə tanınan hissəsidir", "Mən Qarabağda öz evimə qayıtmaq istəyirəm" sözləri yazılmış və Ermənistan hakimiyyətinin Azərbaycanın dinc vətəndaşlarına qarşı törətdiyi vəhşiliklərin foto-faktları olan plakatlar tuturdular.

Həmçinin aksiya iştirakçıları erməni hakimiyyətinə Azərbaycanın dinc əhalisini və körpələrini öldürməyi dayandırmaq haqqında çağırışlar səsləndirirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə