"Palmali" şirkətlər qrupunun ən iri gəmilərindən biri – "Abşeron" sentyabrın 15-də Yaponiyanın "Tsuneishi" gəmiqayırma tərsanəsindən özünün ilk reysinə yola düşüb.
SİA-nın məlumatına görə, "Abşeron" Hindistanın Sikka limanında qazoyl ilə yüklənəcək və Qərbi Avropa limanlarından birinə yola düşəcəkdir. Sentyabrın 14-də suya buraxılan gəminin uzunluğu 243,3 metr, eni 42 metr, dedveydi isə 107 min 507 tondur.
"Palmali" şirkətlər qrupu və "Tsuneishi" tərsanəsi cari il mayın 26-da hər birinin dedveyti 107 min 400 ton olan "Aframaks" tipli iki tankerin alınması barədə memorandum imzalayıblar. İyulda tankerlərdən biri - "Şahdəniz" artıq reysə çıxıb.
Tanker Qara və Aralıq dənizlərindən neft və neft məhsullarının daşınması üzrə uzunmüddətli müqavilələrin təminatı üçün alınıb.
"Palmali" Aralıq, Xəzər və Qara dəniz hövzələrində yüklərin daşınmasında ixtisaslaşıb. Şirkət Rusiyanın cənubundakı çaylarda neft və neft məhsullarının ən iri daşıyıcısıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB