BAXCP rəsmisi: “Əli Kərimli xanımlardan da öz çirkin məqsədləri üçün istifadə edir” MÜNASİBƏT

BAXCP rəsmisi: “Əli Kərimli xanımlardan da öz çirkin məqsədləri üçün istifadə edir” MÜNASİBƏT

“Radikal müxalifətin fəaliyyəti demək olar ki, yalnız sosial şəbəkədə yazdıqları statuslardan o tərəfə keçmir və ölkənin siyasi həyatında görünmür. Bütün imkanlarını səfərbər edirlər ki, beynəlxalq təşkilatlardan və Azərbaycan dövlətinin maraqlarını qəbul etməyən və əleyhinə fəaliyyət göstərən təşkilatlardan maliyyə qopara bilsinlər. Əli Kərimlinin maliyyəni hansı yolla əldə etməsinin sirri açılıb”. Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, artıq hüquq-muhafizə orqanları Əli Kərimlinin müavininin bir ildə 41 dəfə Gürcüstana səfər edib və qısa müddətdə geri qayıtması faktını ortaya çıxarması onu deməyə əsas verir ki, Əli Kərimliyə pulu Gürcüstan vasitəsi ilə göndərirmişlər. Ən biabırçı hal odur ki, Əli Kərimli xanımlardan da belə öz çirkin məqsədləri üçün istifadə edir. O çox yaxşı bilirdi ki, günün birində xanım müavini saxlanıla bilər. Buna görə qanun qarşısında cavab verməli olacaq. Ancaq butün bunlara baxmayaraq maliyyə vəsaitini əldə etmək üçün bu cür addımlara yol verdi. Şəxsən mənim üçün Əli Kərimlinin bir qadın arxasından pul qazanması təəccüblü olmadı. Ona görə ki, o bütün iyrənc vsaitələrə al atmağa hazır olan birisidir. Ona böyük ehtimad göstərən Əbülfəz Elçibəy kimi humanist bir insanı pulun müqabilində təhqir etməkdən belə çəkinmirdi. Bu gün utanmadan hələ bir Elçibəyin qəbri üstünə gedib əklildə qoyurlar. Bir hadisəni xaatırladım. Elçibəy fəxri xiyabanda dəfn olunan günü yüzlərlə xanımlar Əli Kərimlinin üzünə tüpürdülər ki, utanmırsan hələ bir Elçibəyin dəfninə də gəlmisən. Bütün bunlar hər birimizin gözü qarşısında baş vermiş hadisədir. Həmin günü Əli Kərimlinin mühafizəsində olan insanlar bütün bunları təsdiq edə bilər. Radikal müxalifətin bu vəziyyətə düşməsinin əsas səbəbi etdikləri xəyanət və dövlət maraqlarını 5-10 manata qurban verməsidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə