Təhsil Nazirliyinin rəsmisi: “Artıq bütün ümumtəhsil məktəbləri dərsliklərlə təmin olunub”
Artıq bütün dərsliklər yerlərə çatdırılıb və orta məktəblərin hamısı yeni dərsliklərlə təmin olunub. Bu barədə SİA-ya açıqlamasında Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı məlumat verib. O bildirib ki, artıq sabahdan-sentyabrın 15-dən etibarən bütün şagirdlər heç bir problem olmadan yeni dərsliklər vasitəsilə təhsillərini davam etdirəcəklər.
F. Şahbazlının sözlərinə görə, ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərlə pulsuz təminatı üçün ayrılmış 8 milyon manat vəsait hesabına 2010-2011-ci tədris ilinə 127 adda 4641700 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap edilib.
"Bu sıraya yeni kurikulum tətbiq edilən III siniflər üçün 40 adda 1088250 nüsxə dərslik və müəllim üçün metodik vəsait, I, VI və VIII-XI siniflər üçün isə 70 adda 3417800 nüsxə dərslik və 1 adda 600 nüsxə müəllim üçün metodik vəsait, xüsusi məktəblər üçün 12 adda 1070 nüsxə xüsusi şriftlərlə və brayl əlifbası ilə hazırlanmış dərsliklər daxildir", - deyə o əlavə edib.
Nazirliyin şöbə müdiri cari il üçün nəzərdə tutulan yeni dərsliklər barədə də danışıb. O bidlirib ki, 2010-cu ildə I siniflər üçün "Azərbaycan dili" dərslik komplekti (təlim rus dilində olan ümumtəhsil məktəbləri üçün), II siniflər üçün "Ərəb dili", "Alman dili" və "Fransız dili", III siniflər üçün bütün dərslik komplektləri, VIII siniflər üçün "Rəsmxət", IX siniflər üçün "Coğrafiya" və "Azərbaycan Respublikasının Konstitusiyası", XI siniflər üçün "İnformatika2, II sinif üçün "Udi dili" dərslikləri yeni hazırlanıb və çap olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB