Azərbaycan Respublikasının Prezidenti Oqtay Həziyevi “Əmək” ordeni ilə təltif etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oqtay Əbil oğlu Həziyevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oqtay Əbil oğlu Həziyev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB