Rumıniya Prezidenti Bakıya gəlib

Rumıniya Prezidenti Trayan Besesku Bakıda keçiriləcək Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın dövlət və hökumət başçılarının dördtərəfli görüşündə iştirak etmək üçün sentyabrın 13-də Azərbaycana işgüzar səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Rumıniya dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Hava limanında Prezident Trayan Beseskunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər qarşılayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə