Səfir etimadnaməsini Prezidentə təqdim edib

Səfir etimadnaməsini Prezidentə təqdim edib

Azərbaycan Respublikasının Argentina Respublikasındakı səfiri Rəşad Aslanov etimadnaməsini Çili Respublikasının Prezidenti xanım Mişel Baçeletə təqdim edib

SİA-nın verdiyi məlumata görə, etimadnamənin təqdim olunması mərasimi əsnasında keçirilmiş görüşdə səfir R.Aslanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Çili Prezidentinə çatdırıb.

Prezident Mişel Baçelet onun da salamlarının və ən xoş arzularının Azərbaycan Respublikasının Prezidentinə çatdırılmasını xahiş edib.

Görüşdə səfir R.Aslanov ölkəmiz haqqında xanım Mişel Baçeletə ətraflı məlumat verib. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrindən bəhs edərək Çilinin Avrasiya ilə ticarət əlaqələrində Azərbaycanın mühüm rol oynaya biləcəyini bildirib. Görüş əsnasında həmçinin Azərbaycan və Çili arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident Mişel Baçelet səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzu edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə