AVP sədri beynəlxalq konfransa dəvət alıb

AVP sədri beynəlxalq konfransa dəvət alıb

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VI Baş Assambleyasına dəvət olunub. SİA-ya partiyadan verilən məlumata görə, konfrans 2010-cu il dekabrın 1-dən 4-dək Kambocanın Pnompen şəhərində keçiriləcək.

 

Konfrans "Asiya yaxşı gələcək axtarışında" adı ilə keçirilir və əsas məqsəd demokratiyanı möhkəmləndirmək, bölgənin həyat səviyyəsinin qaldırılmasına xidmət etməkdir. Dəvət məktubu AVP sədrinə Koreya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə