Cinayət yolu ilə əldə olunan əmlak hədiyyə verilsə də, dövlət tərəfindən müsadirə olunacaq
Bu gün Milli məclisin növbədənkənar iclasında Cinayət Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, layihə haqqında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Məcəlləyə yeni bəndin (Maddə 99-1-ci - Xüsusi müsadirə) əlavə edildiyini deyən komitə sədri söyləyib ki, əlavəyə əsasən, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) və terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində məhkuma məxsus olan digər əmlak müsadirə edilir.
Həmçinin bildirilib ki, əlavəyə əsasən, nəzərdə tutulan əmlakın məhkum tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərinin hüquqlarına xələl gətirmədən müsadirə edilir.
Layihədə qeyd olunub ki, 3-cü şəxsə verilmiş əmlakın bağışlandığı və ya bazar dəyərindən aşağı satıldığı halda vicdanlı sahibkarın hüquqları qorunmaqla hər bir halda müsadirə üçün əsaslar müəyyən edir. Bundan əlavə, mövcud dəyişikliklər 3-cü şəxsə verilmiş əmlakın, habelə cinayət alət və vəsaitləri özgəninkişləşdirdiyi halda əmlak dəyərində müsadirəsini müəyyən edəcək.
Layihə Milli Məclisin plenar iclasında səsverməyə çıxarılaraq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB