Politoloq: “Münaqişənin həlli üçün təklif olunmuş format kökündən yanlışdır” MÜNASİBƏT
“İyun ayının 10 da Yerevanda ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələri Qarabağ probleminin çozülməsi istiqamətində növbəti növbətçi görüşünü keçirdilər. Bu görüşlər artıq mahiyyətini və mənası çoxdan itirib. Əvvəla ona görə ki, bu qrumun problemin çözülməsi isitqamətində hüquqi səlahiyyətləri yoxdur. Bundan başqa indiyə qədər keçirilən bütün görüşlər və təklif olunan sülh modelləri münaqişə ölkələri tərəfindən qəbul edilməyib. Nəticə olmadığı yerdə isə inam ola bilməz”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.
Onun sözlərinə görə, əslində münaqişənin həlli üçün təklif olunmuş format kökündən yanlışdır və yalnız satus-kvonun saxlanılmasına xidmət edir. Hesab edirəm ki, hətta münaqişənin ən ideal həlli yolları tapılmış olsa belə onun gerçəkləşməsi mümkün görünmür. Çünki, bu problemin həllinin qarşısını alan xarici faktorlar mövcuddur. Bu yaxınlarda Rusiyanın tanınmış siyasi texnoloqu Eduard Limonovun Qarabağı qanunsuz səfəri və Rusiyaya Qarabağı ermənilərə bağışlamağı tövsiyyə etməsi bu faktorları sübut edən elementlərdən biridir. İran yük maşınlarının Qarabağda görünməsi isə bütün beynəlxalq normaların pozulması ilə yanaşı xarici müdaxilənin ən həyasız formasıdır.
Konkret olaraq bildirirəm ki, işğal altında olan torpaqlarımızı Ruisyanın iştirakı olan formatda danışıqlar yolu ilə geri qaytarmaq mümkün görünmür. Ən azından Minsk qrupu təşkilatının tərkibinin dəyişdirilməsi və bu heyyətə Türkiyə, Pakistan və Almaniyanın qoşulması vacibdir. Bundan sonra xarici siaysətimizdə müəyyən korrektələrə ehtiyac yaranacaq. Ümummilli Lider Heydər Əliyevin Avropaya inteqrasiya siyasi kursunu davam etdirməklə yanaşı onu daha da sürətləndirməliyik. Gürcüstan və Ukraynanın Avropa ilə viza rejimini qaldırması bizim üçün nümunə olmalıdır və biz bu yolu getməyə məhkumuq.Yoxsa Ukrayna prezidentinin dediyi kimi “çirki Rusiyanın” boyunduruğuna düşə bilərik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB