"Gəncə Avtomobil Zavodu qonşu dövlətdə etibarlı tərəfdaş tapa bilmir"

Məlum olduğu kimi Gəncə Avtomobil Zavodunun Türkiyədə nümayəndəliyinin açılması məsələsi gündəmdə idi. Bu istiqamətdə müxtəlif planlar olsada indiki vəziyyətdə nümayəndəliyin açılması ilə bağlı işlər gündəlikdən çıxarılıb. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə Avtomobil Zavodundan məlumat verilib.

Məlumatda bildirilir ki, hələlik müəssisədə diqqət istehsala yönəldilib. Hazırda müəssisənin rəsmiləri qonşu dövlətdə etibarlı tərəfdaş tapa bilmədiyindən sözügedən məsələ gündəlikdən çıxarılıb.

Bildirək ki, bir müddət öncə qurumun rəhbərliyi nümayəndəliyinin yaradılması üçün Türkiyəyə getməli idi. Bu səfər isə hələlik təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...