Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimi pozmaqda davam edir

Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimi pozmaqda davam edir

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən bölmələri sentyabrın 12-də saat 09.15-dən 09.35-dək, 17.25-dən 17.30-dək və sentyabrın 13-də saat 00.20-dən 00.40-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan, Davex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, sentyabrın 12-də saat 08.10-dan 08.20-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.00-dan 21.25-dək və 21.10-dan 21.30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.45-dən 23.00-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

 

Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə