Bu gün YAP Ağcabədi rayon təşkilatının IX konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda iştirak edən qonaqlar və konfrans nümayəndələrinin bir qrupu Ulu Öndər Heydər Əliyevin rayonun Heydər Əliyev meydanında ucaldılmış əzəmətli abidəsini ziyarət edərək abidə önünə tər çiçəklər düzməklə Onun əziz xatirəsini ehtiramla yad ediblər.
Yaqub Məmmədov adına rayon Mədəniyyət mərkəzində keçirilən konfransdan əvvəl Yeni Azərbaycan Partiyasının yaranması, təşəkkülü və keçdiyi inkişaf yoluna, həmçinin YAP Ağcabədi rayon təşkilatının hesabat dövründə gördüyü işlərə dair video görüntü nümayiş etdirilib.
Sonra Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilkatının sədri Rövşən Əhmədov konfransı açıq elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və ötən konfransdan keçən müddətdə dünyasını dəyişmiş partiya üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
VIII konfransdan ötən dövr ərzində görülən işlər barədə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı olduğu kimi, eyni zamanda, Yeni Azərbaycan Partiyasının yaradıcısıdır. Ümummilli Liderin nurlu zəkasından yaranan və Prezident İlham Əliyevin müdrik və qətiyyətli fəaliyyəti ilə güclənən Yeni Azərbaycan Partiyası ölkəmizin qurtuluş simvoluna, tərəqqi rəmzinə çevrilib. Bu gün YAP Azərbaycan xalqı tərəfindən dəstəklənən, böyük nüfuza malik olan qüdrətli siyasi qüvvədir: "Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının yaradılmasına 1993-cü ilin mart ayında 12 nəfər YAP üzvü tərəfindən təşəbbüs göstərilmiş və 1995-ci ilin yanvar ayının 15-də 265 nəfər YAP üzvü ilə I təsis Konfansını keçirmişdir. 2013-cü ilin may ayında keçirilən sonuncu VIII konfrans zamanı üzvlərinin sayı 8755 nəfər olmuşdur. Rayon təşkilatının hazırda keçirilən IX konfransı dövründə isə 94 ilk təşkilat ətrafında 13550 nəfər YAP üzvü birləşir".
O, bildirib ki, Ötən konfransdan keçən dövr ərzində təşkilatın boy sırası 4795 nəfər artmışdır ki, bu da 54,8% artım deməkdir. Hesabat dövrü ərzində YAP sıralarına daxil olanların 2447 nəfərini qadınlar, 1735 nəfərini isə gənclər təşkil edir.
Sonra gündəliyə müvafiq olaraq YAP Ağcabədi rayon təşkilatının nəzarət təftiş qrupunun sədr müavini Elsevər İsmayılov çıxış edərək ötən dövr ərzində nəzarət təftiş qrupunun gördüyü işlər barədə hesabatı konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Məruzə ətrafında Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, YAP Ağcabədi rayon təşkilatı gənclər birliyinin sədri Elnur Quliyev, YAP Ağcabədi rayon təşkilatı qadınlar şurasının sədri Radə Qafarova çıxış edərək ötən konfransdan keçən müddətdə görülən işlər, keçirilən tədbirlər barədə konfrans iştirakçılarına məlumat verərək, təşkilatın ötən konfransdan keçən müddət ərzindəki fəaliyyətinə də öz münasibətlərini bildiriblər.
Konfransda təşkilati məsələlərə də baxılıb.
Konfransda YAP Ağcabədi rayon təşkilatının 45 nəfərdən ibarət şurası, 13 nəfərdən ibarət idarə heyəti, 9 nəfərdən ibarət nəzarət təftiş qrupunun tərkibi seçilib. Konfransda YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov yekdilliklə yenidən rayon təşkilatının sədri seçilib. Konfransda həmçinin sədrin müavinlərinin seçilməsi məsələsinə də baxılıb. Teymur Rəhimov və Eldəniz Qənbərov təşkilat sədrinin müavinləri seçiliblər.
Konfransda Milli Məclisin deputatı Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, İcra katibinin müşaviri Kərim Kərimov, Ağcabədi rayon icra hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Şahin Məmmədov çıxış edərək, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan, respublikanın ictimai–siyasi həyatında oynadığı roldan danışıblar.
Qeyd edək ki, konfransda Milli Məclisin deputatı Tahir Rzayev və YAP Mərkəzi Aparatın məsul işçisi Araz Xudadanov iştirak ediblər.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB