Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Sentyabrın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əvvəlcə Komissiyanın 6 sentyabr və 8 sentyabr 2010-cu il tarixli iclasılarnın protokolları təsdiqlənib.

Sonra 2010-cu il noyabarın 7-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar "Qarabağ" və "İnsan naminə" siyasi partiyalar bloklarının qeydə alınmalarına dair məsələyə baxılmış, hər iki blokun qeydə alınması barədə qərar qəbul olunub. Mərkəzi Seçki Komissiyası həmin siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrini də qeydə alıb.

Komissiya imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupun yaradılması və bu qrupun tərkibinin müəyyən edilməsi barədə qərar çıxarıb Komissiyanın iclasında cari məsələlərə də baxılıb.

İclasda Avropa Şurasının ölkəmizdəki nümayəndəliyinin təmsilçisi və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə