Hazırda dövlət hesabına Niderlandın ali məktəblərində 27 azərbaycanlı gənc təhsil alır
Niderland Krallığı senatının sədri Rene Van der Linden Təhsil Nazirliyində olub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə təhsil naziri Misir Mərdanov Azərbaycan-Niderland əlaqələrinin, o cümlədən təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən danışıb. O, prezident İlham Əliyevin ölkələrimiz arasında təhsil əlaqələrinin inkişafına böyük əhəmiyyət verdiyini xatırladıb.
Prezident Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində azərbaycanlı gənclərin xaricdə təhsil alacağı universitetlərin sırasına Niderlandın 14 universitetinin daxil edildiyini vurğulayan nazir, bu sayı artırmaq barədə niyyəti olduğunu da diqqətə çatdırıb. M.Mərdanov dövlətimizin hesabına Niderlandın ali məktəblərində 27 azərbaycanlı gəncin oxuduğunu bildirib.
Görüşdən məmnun qaldığını qeyd edən Rene Van der Linden öz ölkəsinin təhsil sistemi, Niderlandın ayrı-ayrı universitetlərinin fəaliyyəti, müvafiq sahədə beynəlxalq əlaqələr barədə ətraflı məlumat verib. Niderlandda təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışan Rena Van der Linden azərbaycanlı gənclərin bu ölkədə təhsili üçün imkanlar olduğunu bildirib, ölkələrimiz arasında müvafiq sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini vurğulayıb.
Görüşdə iki ölkə arasında təhsil əlaqələrinin inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB