Səfirliyimiz Londonda terror aktı ilə bağlı vəziyyəti araşdırır RƏSMİ
Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londonda terror aktı zamanı yaralananlar arasında azərbaycanlıların olduğunu aydınlaşdırmaq məqsədilə müvafiq qurumlar ilə mütəmadi əlaqə saxlayır.
Bu haqda SİA-ya XİN-nin Mətbuat xidmətindən məlumat verilb.
Məlumatda deyilir: "Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londondakı terror aktlarının törədildiyi yerdə Azərbaycan vətəndaşlarının olmasını araşdırır və səfirliyinin əməkdaşları vəziyyəti nəzarətdə saxlayır".
Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub.
London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, "Borough Market"də və "Vauxhall" bölgəsində də bıçaqlı hücum olub.
Baş verən hücumlarda 6 nəfər ölüb, 30 nəfər isə xəstəxanaya yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB